Ebru Gündeş musiqi albomunun çıxma tarixini təxirə saldı

Ebru Gündeş musiqi albomunun çıxma tarixini təxirə saldı

İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına qarşı həyata keçirdiyi hücum qlobal problemə çevrilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, elan edilən matəm səbəbilə müğənni Ebru Gündeş "Aşığım Hala" adlı yeni albomunun çıxma tarixini təxirə salıb. Sənətçi noyabrın 17-də tamaşaçılarla görüşəcək.

Qeyd edək ki, dünyanın bir çox ölkəsi tərəfindən pislənilən xəstəxana hücumundan sonra Türkiyədə 3 günlük matəm elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə