İsveçdə yenə Quran yandırılacaq

İsveçdə yenə Quran yandırılacaq

İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçısı Salvan Momika şənbə günü yeni analoji nümayiş keçirməyi planlaşdırır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yeni tədbirin Stokholmda keçiriləcəyi bildirilir.

“Əgər Belçikadakı terror hücumu hansısa şəkildə Quranın yandırılması ilə bağlıdırsa, bu, mənim məsuliyyətim deyil”, - Momika bəyan edib.

Xatırladaq ki, oktyabrın 16-da Belçikanın paytaxtında futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib. Belçika prokurorları Brüssel hücumunun İsveçdə Quranın yandırılması ilə əlaqəli olub-olmadığını araşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə