BMT-nin Yaxın Şərqlə bağlı keçirilməsi gözlənilən xüsusi sessiyası baş tutmayacaq
Birləşmiş Ştatlar Yaxın Şərqlə bağlı qətnamə layihəsinə veto qoyduğuna görə Rusiyanın təşəbbüsü ilə oktyabrın 23-də keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyası baş tutmayacaq. İclasın tarixi daha sonra açıqlanacaq. SİA xəbər verir ki, bu barədə Braziliyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
"BMT Baş Assambleyasının 10-cu fövqəladə sessiyasının rəsmi iclası oktyabrın 23-ü bazar ertəsi günü baş tutmayacaq. Sessiyanın vaxtı Baş Assambleya sədrinin ofisi tərəfindən elan ediləcək", - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB