Kasablanka polisi əməliyyat-axtarış tədbirləri zamanı anbarlarda idxal edilən dondurulmuş balıqların saxlandığı konteynerdə 1,37 ton kokain aşkarlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, konteynerlərdə gizlədilən şübhəli yük haqqında məlumat Mərakeş Krallığının Milli Təhlükəsizlik Baş İdarəsinə daxil olub. Narkotik vasitənin mənşəyi və Mərakeşə çatdırılma marşrutunun müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, dondurulmuş balıqların saxlandığı konteyner İspaniya vasitəsilə Latın Amerikası ölkələrindən gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB