...Ermənilərin Araqatsotn vilayətində kütləvi dava olub. Dava iştirakçıları bıçaq və odlu silahlardan istifadə ediblər. Və nəticədə rəis müavinini yaralayıblar.
Deməli SİA-nın əldə etdiyi məlumata görə, Ermənistanda torpaq məsələsi ilə bağlı mübahisə silahlı toqquşmaya çevrilib. Nəticədə bir nəfərin yaralandığı deyilir.
“Shamshyan.com” saytının məlumatına görə, yerli vaxtla saat 17:00-da hüquq-mühafizə orqanlarının əməkdaşları Araqatsotn bölgəsindəki istirahət zonasına gedən yolda yaralıların olduğu fövqəladə vəziyyət barədə siqnal alıb.
Məlum olub ki, münaqişə əvvəlcə təqaüdçünün oğlu 65 yaşlı Qalust, 37 yaşlı Hayk və Aştərək şəhərinin 34 yaşlı meri Tovmas Şaqinyan arasında baş verib. Tezliklə mübahisəyə daha çox adam qoşulub, qocanı yerə yıxaraq əl və ayaqla döyməyə başlayıblar, daşlardan da istifadə olunub. Daha sonra döyülən şəxsin oğlu avtomatdan atəş açıb.
...İki nəfər yaralanıb: 52 yaşlı vitse-mer Vardan Səfəryan və 26 yaşlı kişi. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerində polis mərmi gilizləri və qan izləri, həmçinin silahlardan bıçaq və dəmir çubuqlar aşkar edib. Faktla bağlı cinayət işi üzrə araşdırma aparılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB