Respublikaçı Cordan uduzur...

Oktyabrın 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasında yeni spiker üçün səsvermənin üçüncü turu keçirilib. Amma namizədlərdən heç biri lazımi sayda səs toplaya bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “NBC News” və “CNN” məlumat yayıb.

Respublikaçı Cordan 194 səs toplayıb ki, bu da Nümayəndələr Palatasının sədri seçilmək üçün tələb olunan səsdən 10 səs azdır.

Yeri gəlmişkən 210 demokratın hamısı azlıqların lideri Hakim Ceffrisi dəstəkləyib.

“NBC News” vurğulayır ki, Cordan 435 üzvdən ibarət Nümayəndələr Palatasının yaradılmasından bəri əksəriyyət namizədinə ən az səs toplamaq rekordunu qırıb.

Xatırladaq ki, əksəriyyət namizədi kimi 194 səs toplayan sonuncu şəxs 1923-cü ildə ikinci səsvermədə Frederik Gillette olmuşdur.

Qeyd edək ki, son günlər Cordana dəstək azalıb. Belə ki, kinci səsvermə zamanı o, 199 səs toplayıb.

“CNN” bu dəfə 25 respublikaçı tərəfindən Cordanın dəstəklənmədiyi qeyd edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə