Ruslar Krivoy Roqu vurublar: bir nəfər ölüb, bir nəfər isə yaralanıb

Ruslar Krivoy Roqu vurublar: bir nəfər ölüb, bir nəfər isə yaralanıb

Ruslar bu dəfə Krivoy Roq şəhərini atəşə tutublar və nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

O qeyd edib ki, ruslar dinc əhaliyə qarşı növbəti terror aktı törədiblər. Belə ki, düşmən Krivoy Roqdakı daça kooperativini raketlə vurub.

Lısak 60 yaşlı kişinin öldürüldüyünü, 57 yaşlı qadının isə qəlpə yaraları aldığını bildirib. Qadın hazırda xəstəxanada ağır vəziyyətdədir.

Verilən məlumatda, hücumun yanğına səbəb olduğu və xilasedicilər artıq yanğını söndürdükləri bildirilir.

Yeri gəlmişkən, son günlər rusların Ukrayna ərazisinə ballistik hücumları intensivləşdiyi bildirilir.

...Ötən gecə saatlarında ruslar “İsgəndər-M” ballistik, S-300, Kh-59 raketləri və hücum pilotsuz təyyarələri ilə Donetsk, Nikolayev, Sumı, Dnepropetrovsk və Zaporojye vilayətlərindəki hədəflərə hücum ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə