Dağıstanda Fələstinə dəstək aksiyaları davam edir

Dağıstanda Fələstinə dəstək aksiyaları davam edir

Dağıstanın Xasavyurt şəhərində Fələstinə dəstək məqsədilə keçirilən kortəbii aksiya polis tərəfindən dağıdılıb. Bundan əlavə, respublikanın Qarabudaxkənd rayonunun Dörgəli, Paraul və Geli kəndlərinin sakinləri avtomobil yürüşü və at yarışı keçiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, Xasavyurtda insanlar SSRİ Qəhrəmanı tankçı Elmurza Cumaqulovun şərəfinə ucaldılmış abidənin önünə toplaşıblar. Verilən məlumatlara görə, bir gün əvvəl “Vaqner” PMC-nin muzdlu əsgəri “Kabriolet” çağırışı iləabidə tankın üzərinə Fələstin bayrağı qaldırılıbmış. Amma bayraq tezliklə götürülüb.

Hadisə yerinə gələn polis kütləni dağıdıb. Xasavyurt polis şöbəsində “hər kəsin çıxıb öz fikrini bildirmək hüququna malik olmasına” baxmayaraq, aksiya icazəsiz olduğu üçün dağıdıldığı deyilib. Növbətçinin sözlərinə görə, ictimai asayişin pozulması halı olmadığından şöbəyə heç kim gətirilməyib.

Bundan əlavə, Karabudaxkənd bölgəsində keçirilən atlı və maşınlı yürüşdə Fələstin bayraqları ilə onlarla insan iştirak edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə