Rusların “xarici agentlər” reyestri yenə şişdi...

Rusların “xarici agentlər” reyestri yenə şişdi...

Bu arada Rusiya Ədliyyə Nazirliyi cümə günü diplomat Georgi Kunadzeni qondarma xarici agent elan edib. Qeyd edək ki, Kunadzenin 74 yaşı var. 1991-1993-cü illərdə Rusiya Xarici İşlər Nazirinin müavini olub.

1993-1997-ci illərdə Rusiyanın Cənubi Koreyadakı səfiri vəzifəsində çalışıb.

SİA-nın Rusiya Federasiyası Ədliyyə Nazirliyinə istinadən əldə etdiyi məlumata görə, Kunadze Rusiya, ordu və dövlət qurumları haqqında mənfi imic yaratmağa yönəlmiş yalan məlumatlar yayıb, həmçinin xarici strukturların təqdim etdiyi informasiya platformalarında çıxış edib.

Yeri gəlmişkən, Kunadze ilə yanaşı, “xarici agentlərin” reyestrinə jurnalist İlya Kosıgin və politoloq Mixail Savva da əlavə edilib.

Xatırladaq ki, İlya Kosıgin Vladimirin “Dovod” nəşrinin baş redaktorudur. Ukraynada həlak olan Vladimirdən olan Rusiya Milli Qvardiyaçıları haqqında məlumat dərc edib.

Mixail Savva isə Kuban Dövlət Universitetinin professorudur. Millətlərarası münaqişələr və millətlərarası münasibətlər problemlərinə dair çoxlu sayda nəşrlərin müəllifidir. Deyilənlərə görə, əvvəllər onunla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

…Savva və hüquq müdafiəçiləri ona qarşı açılmış işi uydurma hesab edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə