Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen cümə günü, oktyabrın 20-də Vaşinqtondakı Hudson İnstitutunda çıxışı zamanı HƏMAS terror qruplaşmasının Rusiya ilə oxşar cəhətlərini bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “DW” bildirib.
Fon der Leyenin sözlərinə görə, HƏMAS və Rusiya bəyənmədikləri demokratik ölkələrə qarşı eyni dərəcədə “barbarcasına mübarizə üsullarından” istifadə edir, “günahsız mülki insanları çoxlu sayda öldürür və girov götürürlər”.
“...Putin Ukraynanı, HƏMAS isə İsraili dünya xəritəsindən silmək istəyir. Onların mahiyyəti, prezident Zelenskinin dediyi kimi, eynidir. Onların əldə etdikləri hər hansı uğur mövcud nizamı məhv etməyə yönəlmiş daha böyük zorakılığa təkan verəcək”, - deyə siyasətçi vurğulayıb.
Avropa Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, Ukraynadakı müharibə və HƏMAS ilə İsrail arasında qarşıdurma Avropa və ABŞ-ın daha da möhkəmlənməsi üçün təkan olmalıdır.
Von der Leyen əmin olduğunu bildirib ki, İsrail Vaşinqton və Avropa İttifaqı ölkələrinin dəstəyi ilə qonşuları ilə dialoqu davam etdirərsə, Yaxın Şərqdə gərginliyin qarşısını almaq olar.
“Amansız diplomatiyanın vaxtı çatıb. Amerika və Avropa sülhün ardınca getməkdə maraqlıdır”.
Bunu deyib, Ukraynadan danışan fon der Leyen Rusiyanın təcavüzünü dəf etmək üçün Kiyevə hərbi və maliyyə yardımının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB