Gürcüstan və Moldova öz ərazilərini azad etməyə başlaya bilər..?

Gürcüstan və Moldova öz ərazilərini azad etməyə başlaya bilər..?

...“Əgər gürcülər və Moldova öz ərazilərini ruslardan azad etməyə başlasaydı, biz o zaman bu məsələni daha tez həll edərdik”.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “United News” telemarafonunda deyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl ukraynalı rəsmi, Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çağırmışdı. “Ancaq hərbi əməliyyatlara başlamamaq onların hökumətlərinin qərarıdır, bu ölkələrin qərarıdır. Onlar inanırlar ki, bizim köməyimizlə, yəni rusları məğlub edəndə onlar öz ərazilərini çox tez azad edəcəklər”.

Bunu deyən Danilov, bildirmişdi ki, “üçüncü dünya müharibəsi 2008-ci ildə Rusiya Federasiyasının Gürcüstana hücumu və ərazinin bir hissəsini ələ keçirməsi ilə başlayıb”.

Yeri gəlmişkən, xatırladaq ki, bəzi ukraynalı siyasətçilər Rusiyanın Ukraynaya təcavüzü fonunda Gürcüstanı rus qoşunlarına qarşı “ikinci cəbhə” açmağa və ərazi problemlərini həll etməyə çağırmışdılar.

Amma Gürcüstan hakimiyyəti ərazi münaqişələrini yalnız sülh yolu ilə həll etməyi planlaşdırdıqlarını bildirir.

Onu da qeyd edək ki, bir sıra gürcü siyasətçiləri də Qərbin Gürcüstanı müharibəyə çağırdığını iddia edirlər. Amma Gürcüstan prezidenti Salome Zurabişvili, Qərb siyasətçi və diplomatları bunu qəti şəkildə təkzib edirlər.

Deyirsən, “kiş deməklə donuz darıdan çıxacaq”?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə