Yaxın Şərqdəki münaqişə fonunda bütün dünyada etiraz aksiyaları...

Yaxın Şərqdəki münaqişə fonunda bütün dünyada etiraz aksiyaları...

Oktyabrın 7-də İsraildə HƏMAS tərəfindən əsir götürülən insanların azad edilməsi tələbi ilə Nyu-Yorkun Tayms meydanına toplaşan yüzlərlə nümayişçi

...Plakatlarda cihadçılar tərəfindən əsir götürüldüyü iddia edilən insanların üzləri əks olunub

...Camaat “Onları evə gətirin” şüarları səsləndirib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin ilkin məlumatlarına görə, Qəzza zolağında 10 amerikalı girov ola bilər.

...Avstraliyada İsraillə həmrəylik əlaməti olaraq 200 boş boşqabdan ibarət süfrə qurulub. Onlar cihadçıların işğalından sonra İsrailin cənubunda itkin düşənləri simvollaşdırırlar.

...Praqada fəallar yollardan birində dirəklərdə girov saxlanıldığı iddia edilən uşaqların fotoşəkilləri olan plakatlar yapışdırıblar.

Bu arada bütün dünyada Qəzza zolağında fələstinlilərə dəstək üçün etiraz aksiyaları keçirilir. Onlar Qəzza zolağının mərkəzində Əl-Əhli xəstəxanasının ərazisində bu yaxınlarda baş verən partlayışdan sonra daha çox yayılıb. Fələstin hakimiyyəti hadisədə İsraili günahlandırıb. Amma İsrail Müdafiə Qüvvələri bütün ittihamları qəti şəkildə rədd edib.

İsveçli ətraf mühit fəalı Qreta Tunberq İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı mitinq keçirib. Onun fikrincə, İsrail ordusu dərhal atəşi dayandırmalı və sektorda quru əməliyyatından əl çəkməlidir.

İraqda HƏMAS və İslami Cihad qruplaşmasının İsrailə zərbə endirmək çağırışından sonra fəallar orada oturaq etiraz aksiyası keçirmək üçün İordaniya ilə sərhədə avtomobil və avtobuslara miniblər.

İraq qəbilə şeyxləri fələstinlilərə dəstək yürüşündə iştirak etmək üçün İordaniya-İraq sərhədinə yollanıb.

İran mediasının məlumatına görə, Tehran metrosunda fəallar sərnişinləri Qəzza və HƏMAS-a dəstək aksiyası keçirməyə çağırıblar.

Sosial şəbəkələrin Türkiyə seqmentində istifadəçilər İsrail mallarını boykot etməyə çağıran məlumatlar yayırlar.

Qətər, Malayziya, Liviya, Mərakeş, Misir və əhalisinin əksəriyyəti müsəlman olan digər ölkələrdə fələstinlilərə dəstək nümayişləri keçirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə