Türkiyə XİN ABŞ-ın bu əməlini təqdir edir

Türkiyə XİN ABŞ-ın bu əməlini təqdir edir

Türkiyə ABŞ-ın Venesuelaya qarşı sanksiyaların ləğvi ilə bağlı bəyanatını düzgün istiqamətdə atılan addım kimi gördüyünü bəyan edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada "Venesuela Bolivar Respublikası hökumətini və Birlik Platforması tərəfindən təmsil olunan Venesuela müxalifətini 17 oktyabrda Barbadosda siyasi hüquqların dəstəklənməsi və hər kəs üçün seçmək və seçilmək hüqununun təminatları ilə milli maraqların müdafiəsi mövzularında imzalanan razılaşmalara görə təbrik edirik" deyilib.

Açıqlamada Türkiyənin 2024-cü ildə Venesuelada keçiriləcək seçkilərin demokratik prinsiplərə uyğun şəffaf və ədalətli şəkildə keçirilməsi üçün lazım gələrsə, Venesuela hakimiyyətinə istənilən dəstəyi verməyə hazır olduğu bildirilib.

Açıqlamada “Türkiyə Cümhuriyyəti təktərəfli sanksiyalara qarşı prinsipial mövqeyini qoruyub saxlayır və keçmişdə olduğu kimi bu gün də dostumuz Venesuelanın yanındadır” deyilib.

Qeyd edək ki, Venesuela hökuməti müxalifətlə 2024-cü ildə seçki keçirmək barədə razılığa gəldikdən sonra ABŞ administrasiyası ölkənin neft, təbii qaz və qızıl sektorlarına tətbiq etdiyi sanksiyaların bir qismini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə