İsrailin hakim “Likud” partiyasının Təl-Əvivdəki qərargahına qırmızı boya çəkilib. SİA xəbər verir ki, bu barədə “Times Of Israel” məlumat yayıb. Bu, oktyabrın 7-də HƏMAS qırğınının çoxsaylı qurbanlarına görə rəhbərliyin məsuliyyətini simvolizə edir.
“Metsudat Zeev” ofis binasının girişindəki ekspozisiya Qəzza zolağında saxlanılan girovların fotolarından ibarət kollajla müşayiət olunur.
Kollajda həmçinin Baş nazir Benyamin Netanyahunun fotoşəkillərində qanlı əl izləri də var.
Polis araşdırmaya başladığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB