Rəsmi Kreml ABŞ prezidenti Co Baydenin Putinlə HƏMAS-ı müqayisə etməsi şərhlərinə cavab verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kremldən verilən açıqlamada qeyd olunub: “Baydenin Putinlə HƏMAS-ı müqayisə edən açıqlaması qəbuledilməzdir”.
Açıqlamada Rusiyanın Misirdə şənbə günü keçiriləcək sammitdə iştirakı ilə bağlı məlumatın olmadığı qeyd edilib.
Bayden nə demişdi?
ABŞ prezidenti Co Bayden Ağ Evdən xalq qarşısında çıxışında Həmas-İsrail müharibəsinə toxunub və Rusiyanın Ukraynaya müdaxiləsi ilə HƏMAS-ın İsrailə hücumu arasında birbaşa əlaqə quraraq deyib: “Həmas və Putinin qalib gəlməsinə imkan verməyəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB