İtaliyanın baş naziri sevgilisindən ayrılıb

İtaliyanın baş naziri sevgilisindən ayrılıb

İtaliyanın baş naziri Giorgia Meloni birlikdə yaşadığı və uşağının atası olan sevgilisi Andrea Giambrunodan ayrılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meloni bu qərarı Giambrunonun pərdəarxası görüntülərinin yaratdığı qalmaqaldan sonra verib.

Meloninin təxminən 10 ildir birlikdə olduğu yeddi yaşlı qızının atası Andrea Giambruno televiziya proqramının pərdəarxası görüntüləri ilə son günlərin ən çox danışılan adı olub. Pərdəarxası görüntülərdə Giambruno studiyada qadın jurnalisti təqiblə bitən sözlərlə tərifləyir, ondan uzaqlaşan qadının saçlarına toxunur, “Niyə etmədim” kimi sözlər söyləyir. Bu arada o, tez-tez onun paçasına toxunur və nalayiq ifadələr işlədir. Melonun birlikdə yaşadığı dostunun bu çəkilişləri dünən və srağagün televiziya proqramında yayımlanıb. Baş nazir Giorgia Meloni ölkədə böyük müzakirə mövzusuna çevrilən “birinci adam qalmaqalı” ilə bağlı bu səhər sosial mediada açıqlama verib. Meloni bunları deyib: "Andrea Giambruno ilə təxminən 10 il davam edən münasibətim burada bitdi".

Meloni, Giambruno ilə əslində "bir müddət yollarını ayırdıqlarını" və indi bunu hərəkətə keçirməyin vaxtı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə