Nigeriyada epidemiyaya yoluxanların sayı 9 500-ə yaxınlaşıb

Nigeriyada epidemiyaya yoluxanların sayı 9 500-ə yaxınlaşıb

Qərbi Afrika ölkəsi olan Nigeriya difteriya epidemiyası ilə mübarizə aparır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə epidemiyaya yoluxanların sayı 9 500-ə yaxınlaşıb. Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) açıqlama verib.

Məlumata görə, 1 yanvar-19 oktyabr tarixləri arasında difteriya paytaxt Abucadan başqa, 20 əyalətin 137 bölgəsində yayılmağa davam edib. Bu müddət ərzində 15 060 şübhəli difteriya halı qeydə alınıb və aparılan testlərin 9 478-də nəticələr pozitiv olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Nigeriyada difteriya hallarının artması səbəbindən ölkədə epidemiyanın ikinci dalğasının olduğunu təsdiqləyib.

Qeyd edək ki, difteriya “Corynebacterium diphtheriae” adlı mikroorqanizmin boğaz, burun, göz və dəriyə yerləşməsi ilə ortaya çıxır. Yoluxucu olan bu xəstəlik ölümlə nəticələnə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə