Ukrayna Fransa ilə danışıqlara başlayıb

Ukrayna Fransa ilə danışıqlara başlayıb

Ukrayna nümayəndə heyəti Kiyev üçün sözdə təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin bağlanması üçün Fransa ilə danışıqların birinci raunduna başlayıb. SİA xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat verib.

“Tərəflər gələcək ikitərəfli danışıqlar planı və yaxın gələcəkdə təhlükəsizlik təminatları məsələsi üzrə koordinasiya proseduru barədə razılığa gəliblər”, - məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə