İsrail ordusuna Qəzza zolağına müdaxilə icazəsi verildi

İsrail ordusuna Qəzza zolağına müdaxilə icazəsi verildi

Hərbçilər hazır olan kimi İsrail ordusu Qəzza zolağına daxil olacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının üzvü olan İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat ABC telekanalına məlumat verib.

“İsrail hökuməti qərar qəbul edib və orduya yaşıl işıq yandırıb”,- deyən nazir silahlı qüvvələrin hazır olduqları zaman bunu edəcəklərini bildirib.

O, hərbi planların təfərrüatlarını açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə