Bu arada Tbilisidə 4 naməlum şəxs İsrail bayrağını təhqir edib.
SİA-nın əldə etdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə İsrail bayrağı ilə bağlı insidentin araşdırılmasına başlayıblar. Bu barədə yerli KİV-lər məlumat yayıblar.
Qeyd edək ki, bir müddət bundan əvvəl sosial şəbəkələrdə 4 nəfərin Tibb Universitetinin hasarından İsrail bayrağını götürərək təhqir etdiyi videosu yayılıb.
İdarədən qeyd ediblər ki, iş İnzibati Xətalar Məcəlləsinin maddələrindən biri ilə aparılır.
Qeyd edək ki, qanunu pozanları 1 min lari məbləğində cərimə gözləyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB