Lukaşenkonu “SS” geyimində təsvir etdi və...

Lukaşenkonu “SS” geyimində təsvir etdi və...

Bu arada Belarusun Mogilev sakini Artyom Lapikov Aleksandr Lukaşenkonu “SS” geyimində təsvir etdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, 2020-ci ilin avqustunda Lapikov İnstaqramda Lukaşenkonun “SS” formasında təsviri olan bir yazı yayımlayıb. Nəşr mətni məlum olmayan bir şeirlə müşayiət olunub.

Qeyd edək ki, 2023-cü ilin fevralında Lapikov “ekstremist materialların yayılması” maddəsi ilə 15 sutka müddətinə həbs edilib. Bundan sonra yerli hüquq-mühafizə orqanları onun sosial şəbəkələrini yoxlamağa başlayıb və Lukşenko ilə bağlı yazı tapıblar.

Beləliklə, avqustda həbs edilən Lapikov, böhtanda təqsirli bilinib.

Yeri gəlmişkən, 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərindən və ondan sonrakı etiraz aksiyalarından sonra Belarus hakimiyyəti müxalifət siyasətçiləri, fəalları, hüquq müdafiəçiləri, etirazçılar və müstəqil mediaya qarşı kütləvi repressiyalar həyata keçirib. On minlərlə insan həbs edilib, mindən çox cinayət işi açılıb. Ən azı 13 min insan ölkəni tərk edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə