“Birinci və son prioritet HƏMAS-ı məhv etməkdir...”

İsrail hakimiyyəti hərbçilərə Qəzza zolağında əməliyyat keçirmək üçün yaşıl işıq yandırıb
“Birinci və son prioritet HƏMAS-ı məhv etməkdir...”

İsrail hərbçiləri Qəzza zolağına hücuma başlamaq üçün ölkə hakimiyyətindən “yaşıl işıq” gözləyirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABC News ölkənin təhlükəsizlik kabinetinin üzvünə istinadən xəbər verir.

İsrailin iqtisadiyyat naziri Nir Barakat telekanala deyib ki, HƏMAS-ın girovlarının və mülki şəxslərin təhlükəsizliyi, “bir il çəksə belə” Fələstin hərəkatını məhv etmək perspektivi ilə müqayisədə “ikinci dərəcəli məsələdir”.

Barakat səlahiyyətlilərin girovların sağ-salamat qaytarılması üçün hər cür səy göstərəcəklərinə söz verib, lakin birinci və son prioritetin HƏMAS-ı məhv etmək olduğunu da gizlətməyib.

Xatırladaq ki, İsrail ordusu daha əvvəl HƏMAS-ın Qəzza zolağında 203 israilli girov saxladığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə