Rusiyalı tatar deputat Ramzanın oğluna əsəbləşib...

Rusiyalı tatar deputat Ramzanın oğluna əsəbləşib...

Tatarıstan Dövlət Şurasının deputatı, “Vahid Rusiya” partiyasının üzvü Azat Xamayev Çeçenistan rəhbərinin 15 yaşlı oğlu Ramzan Kadırovun kişi döydüyünə görə respublika qəhrəmanı adına layiq görülməsindən açıq şəkildə hiddətlənib.

SİA-nın əldə etdiyi məlumata görə, Xamayevin regional parlamentdəki çıxışından bir fraqment “7x7” nəşri tərəfindən dərc edilib.

“Hansı hüquqi sahədə yaşayırıq?" – deputat kürsüdən həmkarlarına müraciət edir, ondan sonra misal gətirir ki, onun fikrincə, bu suala cavab verir. “Rusiyanın bir vilayətinin başçısı oğluna kişi döydüyünə görə qəhrəman adı verir, daha sonra fikrini inkişaf etdirərək deyir ki, o, bütün müsəlmanların qəhrəmanıdır”.

Maraqlıdır ki, rus saytlarının yazdığına görə, deputatlar Xamayevin çıxışını şərh etməyiblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə