NATO ölkələri regionda sualtı infrastrukturun zədələnməsindən sonra Baltik dənizində patrulların sayını artırır.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə alyansın press-relizində deyilir.
“Gücləndirilmiş tədbirlərə əlavə müşahidə və kəşfiyyat uçuşları, o cümlədən dəniz patrul təyyarələri, AWACS təyyarələri və dronlardan istifadə daxildir”, - mətndə deyilir.
Qeyd olunur ki, NATO Baltik dənizindəki müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB