Yaxın vaxtlarda İranda xarici işlər nazirləri səviyyəsində “3+3 (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) formatında görüş keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, Ermənistan da görüşdə iştirak etməyə razılıq verib.
Lakin Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi “Azatutyun” radiosuna bildirib ki, onlar nazirin səfərləri və görüşləri barədə lazımi şəkildə məlumat verəcəklər.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə “3+3” platformasının regional problemlərin həlli üçün effektiv format olduğunu bildirmişdi.
Ermənistanın baş naziri Nikol Paşinyan öz növbəsində Ermənistanın “3+3” formatında görüşlərə hazır olduğunu demişdi.
Yeri gəlmişkən xatırladaq ki, Gürcüstan Cənubi Osetiya və Abxaziyanı işğal etmiş Rusiya ilə əməkdaşlıq edə bilməyəcəyini bildirərək bu təşəbbüsü rədd etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB