"Çin nüvə arsenalını ABŞ-ın gözlədiyindən daha tez qurur"

"Çin nüvə arsenalını ABŞ-ın gözlədiyindən daha tez qurur"

Çin nüvə silahı ehtiyatını Vaşinqtonda gözlənildiyindən daha sürətlə artırır; Pentaqonun hesabatında deyilir ki, ÇXR 500-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər 1 mindən çox nüvə başlığı alacaq.

“...2022-ci ildə Çin sürətlə nüvə qüvvələrini qurmağa davam etdi. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ilin may ayına kimi Çində 500-dən çox istifadəyə hazır nüvə başlığı var və o, onları əvvəlki hesablamalardan daha sürətli istehsal edir”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu Konqres üçün Çin silahlı qüvvələrinin inkişafı ilə bağlı illik sənəddə deyilir.

Hesabata görə, 2030-cu ilə qədər Çin 1 mindən çox nüvə başlığına sahib olacaq.

Bu arada İnterfaks, 2022-ci ildə Çin hakimiyyətinin yəqin ki, 300-dən çox yeni raket silosundan ibarət üç kompleksin tikintisini başa çatdırdığını və onların bəzilərinin artıq qitələrarası ballistik raketlərlə yükləndiyini xəbər verir.

Pentaqon hesab edir ki, Çin öz nüvə qüvvələrinin quru, dəniz və hava komponentlərini genişləndirir və qitələrarası ballistik raketlərin yeni növlərini inkişaf etdirir. ABŞ-da güman edilir ki, Çin qeyri-nüvə döyüş başlıqları ilə təchiz ediləcək Qitələrarası ballistik raket üzərində işləyir: belə silahlar ABŞ-ın materik hissəsində, Alyaska və Havay ştatlarında hədəflərə qarşı istifadə oluna bilər.

Hesabatın müəllifləri həmçinin iddia edirlər ki, Pekin Tayvandakı hakimiyyət orqanlarına, Çinin qonşu ölkələrinə təzyiqləri artırır və Çin təyyarələrinin 180 dəfədən çox Amerika qüvvələrinə qarşı kəskin manevrlər etdiyi beynəlxalq hava məkanında ABŞ təyyarələrinə qarşı getdikcə daha aqressiv davranır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə