Finlandiyada üç rusiyalıya daşınmaz əmlakın satılması qadağan edilib

Finlandiyada üç rusiyalıya daşınmaz əmlakın satılması qadağan edilib

Finlandiya Müdafiə Nazirliyi ölkədə daşınmaz əmlakının rusiyalı alıcılara satışı üzrə üç əməliyyatı bloklayıb. Departamentin fikrincə, Rusiya vətəndaşlarının Finlandiya-Rusiya sərhədi yaxınlığında torpaq alması ölkənin müdafiə qabiliyyətinə ziyan vura bilər.

Sözügedən iki mülk Ruokolahti bələdiyyəsində, digəri isə Kitee bələdiyyəsində yerləşirdi. Şərqdə hər iki rayon Rusiya ilə həmsərhəddir. İki halda satınalma üçün iddiaçılar Rusiya fiziki şəxsləri, üçüncüsü isə şirkət olub.

Finlandiyanın Yle media korporasiyasının aydınlaşdırdığı kimi, 2020-ci ildən Finlandiya Müdafiə Nazirliyi Avropa İttifaqı və Avropa İqtisadi Zonasından kənar alıcıların ölkədə daşınmaz əmlak alması ilə bağlı bütün müraciətlərinə baxmağa borcludur.

SİA-nın əldə etdiyi məlumata görə,ir müddət bundan əvvəl Finlandiya Müdafiə Nazirliyi Rusiya ilə sərhədə bitişik torpaqların sahibləri ilə orada qoruyucu istehkamlar tikmək və təlimlər keçirmək üçün müqavilələr bağladığını bildirmişdi.

Yeri gəlmişkən, 2022-ci ilin fevralında Rusiyanın Ukraynada müharibəsi başladıqdan sonra belə müqavilələrin sayı kəskin artıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə