Pakistan "Ababil" raketi sınaqdan keçirib

Pakistan "Ababil" raketi sınaqdan keçirib

Pakistan ordusu nüvə başlığı daşıya bilən "Ababil" raketi sınaqdan keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Pakistan ordusundan bildirilib ki, sınaq silah sisteminin müxtəlif dizaynlarını yenidən yoxlamaq və müxtəlif alt sistemlərin texniki parametrləri və performansını qiymətləndirmək məqsədi daşıyır. "Ababil" raketi uğurla sınaqdan keçirilib.
Silah sistemi çəkindirməni gücləndirmək və regionda strateji sabitliyi artırmaq məqsədi daşıyır.

Nüvə başlığı daşımaq gücünə malik “Ababil” raketinin sınaq atışını Baş Qərargah rəisi Şəmşad Mirzə izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə