Rusiyanın Zaporojye vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələrinin kolonnasını partlatmağa hazırlaşan Ukrayna vətəndaşının fəaliyyətini dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
“...O, əldəqayırma partlayıcı qurğunu işə salmağa vaxt tapmadan əməliyyatçılar tərəfindən saxlanılıb”.
Bunu isə Federal Təhlükəsizlik Xidmətindən bildiriblər.
İdarənin nümayəndəsinin sözlərinə görə, həmin şəxs Rusiya Silahlı Qüvvələrinin karvanının marşrutu boyunca yolu minalamaq niyyətində olub. Partlayıcı qurğu bir-birinə bükülmüş bir neçə minaatan mərmilərindən ibarət olub.
Rusların iddiasına görə, tutulan şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nəzarət və dəstəyi ilə hərəkət edib.
Yenə də rusların bildirdiklərinə görə, diversiyaçının fəaliyyəti əlaqələndirilib və o, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən partlayıcı qurğunun komponentləri ilə təchiz edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB