Müdafiə nazirləri telefonla danışıblar

Müdafiə nazirləri telefonla danışıblar

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Bakıri ilə bölgədəki son hadisələri müzakirə edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən bəyanatda Yaşar Gülərin general-mayor Məhəmməd Bakıri ilə telefon əlaqəsi saxladığı bildirilib.
Bəyanatda bildirilib ki, görüş zamanı ikitərəfli və regional müdafiə ilə yanaşı, təhlükəsizlik məsələləri və regionda baş verən son hadisələr müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə