Kleverli Türkiyəyə gedir

Böyük Britaniyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər 20-21 oktyabr tarixlərində baş tutacaq.

Onun səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.

Bildirilib ki, həmin görüşlərdə qarşılıqlı maraq doğuran mövzular, o cümlədən Fələstin-İsrail qarşıdurması ilə bağlı məsələ müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə