Sunak İsrail prezidenti ilə görüşdü

Sunak İsrail prezidenti ilə görüşdü

"Belə çətin günlərdə İsrail dövlətinin gerçək dostlarının kimlər olduğunu açıq şəkildə görürük". SİA xəbər verir ki, bunu İsrailin prezidenti İsaak Hersoq X-də yazıb.

"İsrailə gəldiyinə, dəstəyinə və İsrail xalqının yanında olduğu üçün Birləşmiş Krallığın baş naziri Rişi Sunaka təşəkkür edirik", - o qeyd edib.

Xatırladaq ki, R.Sunak bu gün İsrailə səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə