Yaralanan israillilərin sayı 4 600 nəfəri keçib

Yaralanan israillilərin sayı 4 600 nəfəri keçib

HƏMAS-ın hücumu nəticəsində ən azı 4 629 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, onlardan 12 nəfərin vəziyyəti ağır, 279 nəfərin vəziyyəti isə orta ağırdır.

Həmçinin əlavə olunub ki, münaqişə nəticəsində İsrail tərəfdən 1 500 nəfərə qədər şəxs həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə