Allah Sənə rəhmət eləsin, Mirzə Cəlil!
Deyirəm özünə təsəlli də,elə... böyük təskinlikdir?
...Mən deməzdim ki, “artsax” məsələsi 100 faiz bağlanıb. Deməli, SİA-nın əldə etdiyi məlumata görə, bunu erməni politoloq Argişti Kiviryan Ermənistan xəbərləri – “NEWS.am”ın müxbiri ilə söhbətində deyib.
Onun sözlərinə görə, hələlik bu məsələni siyasi müstəvidə həll etmək mümkündür.
““artsax”ın hərbi-siyasi rəhbərliyi bununla məşğul olmalıdır”-deyən erməni, hesab edir ki, hətta bu halda da məsələləri Bakı ilə danışıqlar yolu ilə həll etmək olar.
“Ermənistan əhalisinin müəyyən hissəsinin “artsax”a qayıtması üçün minimum şanslar qalır.
Üstəlik, Rusiya sülhməramlılarını geri çəkməyə tələsmir. Siz hələ də Bakı ilə Moskva arasındakı ziddiyyətlər üzərində oynamağa davam edə bilərsiniz. Ancaq nə qədər çox vaxt keçsə, bunu etmək bir o qədər çətin olacaq. Amma bu mümkün deyilsə, “artsax”ın hərbi-siyasi rəhbərliyi məcburi köçkünlərin problemlərini həll etməlidir.
Dediym ki, bu da bir böyük təskinlikdir..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB