Türkiyədə İsrail-Fələstin müharibəsi fonunda başlayan etirazlar ABŞ-ın Adanadakı konsulluğunda işlərin dayandırılmasına səbəb olub. Diplomatik nümayəndəliyin nə vaxt açılacağı məlum deyil.
Beləliklə, Amerikanın Adanadakı konsulluğu Fələstindəki vəziyyətlə bağlı mitinqlər səbəbindən fəaliyyətini dayandırır. SİA-nın əldə etdiyi məlumata görə, mesaj ABŞ-ın Türkiyədəki səfirliyi tərəfindən yayılıb.
Diplomatik nümayəndəliyin nə qədər müddətə bağlanacağını proqnozlaşdırmaq mümkün olmasa da, açılış vaxtının əlavə olaraq açıqlanacağına aydınlıq gətirilir.
“...Növbəti bir neçə həftə ərzində Türkiyənin hər yerində İsrail və Qəzzadakı hadisələrlə bağlı böyük nümayişlər gözlənilir. Etirazlar yolların bağlanmasına və nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb ola bilər”.
Bunu diplomatik missiya bəyan edib.
Bundan əlavə, amerikalı diplomatlara, mümkünsə, yerlərini dəyişməmək və Adanaya səfər etməmək tövsiyə olunur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB