Qərb tankları rus tankına qarşı, kim daha çox itki verib?

Qərb tankları rus tankına qarşı, kim daha çox itki verib?

Ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko Rusiyanın ən müasir tanklarındakı itkiləri ilə Ukraynanın Qərbdəki itkilərini müqayisə edib.

SİA-nın Kovalenkoya istinadən verdiyi məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin yay hücumu başlayandan bəri Rusiya qüvvələri T-90 tanklarında aşağıdakı təsdiqlənmiş itkilərə məruz qalıb. Belə ki, onlrın 14 tankı məhv edildi, 10-u vururlaraq zədələndirilib və bir T-90M "Proryv" tankı isə qənimət kimi ələ keşirilib.

Kovalenkonun dediyinə görə, bunlar təsdiqlənmiş məlumatlardır və realdan daha az dərəcədə fərqlənir.

Ukraynalı hərbi-siyasi şərhçi, Rusiya Ordusu bölmələrinin T-90M “Proryv” tanklarının ən müasir modifikasiyasında itki verdiklərini desə də, Ukraynanın tank itkilərini də gizlətməyib.

Onun dediyinə görə, Ukrayna bölmələri bu günə kimi 6 “Leopard 2” (12-si zədələnib) və bir “Challenger 2” itiriblər.

Amma Ukraynanın tammiqyaslı işğalı zamanı Rusiya qüvvələri, təsdiqlənmiş məlumatlara görə, A/AK/S/M “Prorıv” modifikasiyalı 87 T-90 tankını itirib. Təsdiqlənməmiş məlumata görə isə rusların tank itkilərinin sayı 125 vahidi keçib.

Kovalenko yazıb bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə