Terrorçuluqda təqsirli bilinən rusların sayı 8 dəfə artıb

Terrorçuluqda təqsirli bilinən rusların sayı 8 dəfə artıb

...“Biz izah edə bilərik” teleqram kanalı, bu il terror aktı maddəsi ilə bağlı məhkum olunan rusiyalıların sayı 8 dəfə artdığını xəbər verir.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyalı tədqiqatçılar Ali Məhkəmənin məhkəmə-hüquq departamentinin birinci yarımillik statistikasını öyrəniblər. Beləliklə, 2023-cü ilin yanvar-iyun aylarında terror aktı maddəsi ilə 39 nəfər, ötən ilin eyni dövründə isə 5 nəfər məhkum edilib.

Tədqiqatçıların fikrincə, artım, əsasən, Rusiyanın Ukraynaya təcavüzünün başlamasından və Rusiyada səfərbərlik elan edildikdən sonra hərbi komissarlıqların yandırılması dalğası ilə bağlıdır.

Qeyd edək ki, əvvəlcə yandırma əmlaka ziyan vurma və xuliqanlıq kimi təsnif edilirdi. Amma daha sonra Rusiya Baş Qərargahı hərbi komissarlıqların yandırılması hallarının terror aktı kimi qiymətləndiriləcəyini və 15 ilə qədər həbslə cəzalandırılacağını açıqlayıb.

Yeri gəlmişkən, iyul Mediazona nəşri, Rusiyada hərbi komissarlıqların yandırılması hallarının yarıdan çoxunu terrorizm maddələri ilə araşdırıldığını yazmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə