BMT öz hərəkətsizliyi sayəsində radikal HƏMAS qruplaşmasının indiki inkişafına nail ola bildiyinə görə üzr istəməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri İsrailin təşkilatdakı daimi nümayəndəsi Qilad Erdan deyib.
Beləliklə, İsrail tərəfi hesab edir ki, BMT məsuliyyət daşıdığı Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsi ilə əlaqədar üzr istəməyə borcludur.
Qeyd etdiyimiz kimi, bu açıqlama ilə İsrailin BMT-dəki daimi nümayəndəsi çıxış edib.
Qilad Hernan Qəzza zolağında xəstəxanada təcili vəziyyətdən sonra çağırılan Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
Diplomatın sözlərinə görə, təkcə BMT-nin özü deyil, həm də Təhlükəsizlik Şurasının digər üzvləri də İsraildə terrorçu kimi tanınan HƏMAS təşkilatının versiyasını qəbul edib və eyni zamanda İsrailin təqdim etdiyi tutarlı sübutları təkzib ediblər.
İsrailli diplomat, həmçinin BMT Təhlükəsizlik Şurasının HƏMAS-ın İsrailə hücumunu hələ də pisləməməsindən gileylənib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB