Rüstəmyan erməni diplomatiyasından narazılıq edir....

Rüstəmyan erməni diplomatiyasından narazılıq edir....

İndiki vəziyyət erməni diplomatiyasının biabırçı uğursuzluğudur.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu bu gün, oktyabrın 18-də “Ermənistan” müxalifət blokunun fraksiyasından olan deputat Armen Rüstəmyan jurnalistlərlə söhbətində deyib.

Onun fikrincə, ən azı hansısa konsepsiya və strategiyadan məhrum xarici siyasət yürütmək uğura gətirib çıxara bilməz. Belə bir şəraitdə ölkə bir gecədə rusiyayönlü mövqeyini Qərbyönümlü mövqeyə və əksinə dəyişə bilər. Brüsseldə, Strasburqda və Vaşinqtonda bəzi bəyanatlar verməklə, digərlərini Tehranda, digərlərini isə Moskvada səsləndirməklə Ermənistan heç nəyə nail olmayacaq, ancaq indiki və potensial müttəfiqlərini itirəcək.

Rüstəmyanın dediyinə görə, bu cür hərəkətlərlə ölkə üzləşdiyi təhlükələrə tab gətirə bilməyəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə