ABŞ İranın silah istehsalçılarına sanksiyalar tətbiq edir

ABŞ İranın silah istehsalçılarına sanksiyalar tətbiq edir

Birləşmiş Ştatlar İranın silah istehsalçılarına və onlarla əməkdaşlıq etdiyi iddia edilən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ağ Ev məlumat yayıb.

ABŞ-ın maliyyə naziri Janet Yellen, ölkəsinin İsrailin mülki əhalisini, o cümlədən uşaqları amansız şəkildə qətlə yetirən HƏMAS-ın maliyyəçi və müvəkkillərini hədəf almaq üçün sürətli və qətiyyətli addımlar atacağını bildirib

Onun sözlərinə görə, sanksiyalar xüsusilə HƏMAS-ı silah əldə etmək imkanından məhrum etmək üçün tətbiq edilib.

Sanksiyalar Qəzzada yerləşən və Bitcoin kriptovalyutası da daxil olmaqla pul köçürmələri və virtual valyuta mübadiləsi xidmətləri göstərən “Buy Cash Money and Money Transfer Company” adlı kriptovalyuta biznesini hədəfləyir.

Qeyd edək ki, sanksiyalar həm də Çində yerləşən “Shenzhen Jiasibo Technology Co., Ltd”-yə qarşı da qaldırıldı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə