“Birgə hərəkət etmək vacibdir”

“Birgə hərəkət etmək vacibdir”

Xəbər verdiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Açıq İştirak üzrə İcraiyyə Komitəsi oktyabrın 18-də İsrailin Qəzzada bütün Fələstin əhalisini hədəf alan hücumları ilə bağlı toplaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda Türkiyədən xarici işlər naziri Hakan Fidan da iştirak edir.

Yığıncaqda İsrailin mülki şəxslərə qarşı hücumlarına qarşı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq konkret addımlar dəyərləndirilir, üzv dövlətlər tərəfindən ortaq münasibət müəyyən edilməsi məsələsi müzakirə olunur.

Hakan Fidan toplantıda Fələstin probleminin ədalətli və qalıcı həlli üçün müsəlman ölkələrinin yeni yollara və konkret addımlara baş vurmalı olduğuna diqqət çəkərək deyib: “Birgə hərəkət etmək vacibdir. Qəzzaya elektrik, yanacaq, qida və su kəsilib, dinc əhalinin, məscidlərin və xəstəxanaların bombalanmasına heç bir bəhanə qəbul edilə bilməz. Müsəlman ölkələri Fələstin xalqına zəmanət verməli və daimi sülhün təminatçısı olaraq çıxış etməlidir”.

Ciddədə türkiyəli nazir Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan, küveytli həmkarı Şeyx Səlim Abdullah əl-Cabir əs-Sabah və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə