Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan beynəlxalq ictimaiyyəti Qəzza ilə bağlı konkret addımlar atmağa çağırdı və dedi: "Qəzzada çərpələnglər uçmalıdır, bomba yox. Uşaqların səsi ucalmalıdır, ağrılı qışqırıqlar deyil. Səmanı tüstü deyil, buludlar örtməlidir".
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin Birinci xanımı Əminə Ərdoğan sosial media hesabında türk, ingilis və ərəb dillərində dünya ölkələri başçılarının həyat yoldaşları ilə 10 yanvar 2009-cu ildə "Fələstində sülh üçün qadın Toplantısı"nda bir araya gəldiklərini xatırladaraq canları alınan günahsızlar üçün dünyaya çağırış edib: "O günlərdə Qəzzada hüzn, göz yaşları hökm sürürdü, ağrılar içində böyük bir insan faciəsinin şahidi olurduq. Türkiyə olaraq zalımın qarşısında dayanıb dünyaya sülh üçün hayqırırdıq. Yenə eyni yerdəyik. Çağırıram. Bu vəhşiliyi seyr edən hər kəsə səslənirəm: Qəzzada çərpələnglər uçmalıdır, bomba yox. Uşaqların səsi ucalmalıdır, ağrılı qışqırıqlar deyil. Səmanı tüstü deyil, buludlar örtməlidir.
Məzlumun, günahsızın səsini eşidən Türkiyə Qəzza xalqına yardım əlini uzatmağa davam edir və edəcək. Beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa çağırıram və ümid edirəm ki, bir daha qan tökülməsin”.
Xatırladaq ki, İsrailin 17 oktyabr gecəsi Qəzzada Əhli Baptist Xəstəxanasına hücumu nəticəsində təxminən 500 fələstinli həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB