ABŞ-ın Ukraynaya ATACMS raketləri tədarükü təhlükəsizliyi təhdid edir və ciddi narahatlıq yaradır, lakin Rusiyanın bu cür hücumları dəf etmək imkanı var.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə günü, oktyabrın 18-də Çinə səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.
Putin, ABŞ-dan Ukraynaya uzaqmənzilli raketlərin tədarükü təhlükəni artırmaqla yanaşı, hamıya da zərər verəcək.
Rusiya lideri, Ukraynanın yeni Amerika silahlarını almaqda özü üçün yaxşı heç nə görməcəyini deyib. O, bu cür raketlərin yalnız Kiyev rejiminin əzabını uzadacağını və ölkənin vəziyyətini pisləşdirəcəyini bildirib.
Putin, həmçinin bu tədarüklərin təmas xəttindəki vəziyyəti dəyişdirə bilməyəcəyini də xatırladıb.
“...İlk növbədə, bu təchizat əlbəttə zərərlidir və bu əlavə təhlükə yaradır. İkincisi, təbii ki, biz bu hücumları dəf edə biləcəyik. Ən əsası odur ki, o, təmas xəttindəki vəziyyəti kökündən, heç bir şəkildə dəyişdirə bilməz. Mümkün deyil. Bunu əminliklə demək olar”.
Bunu deyən Rusiya prezidenti, ATACMS-in Ukraynaya tədarükünü ABŞ-ın növbəti səhvi kimi dəyərləndirib.
Onun fikrincə, bu Birləşmiş Ştatların getdikcə bu münaqişəyə daha çox cəlb olunduğunun əyani sübutudur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB