Rusiya və Çin liderlərinin təkbətək görüşü olub

Rusiya və Çin liderlərinin təkbətək görüşü olub

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. SİA xəbər verir ki, məlumatı TASS yayıb.

Oktyabrın 18-də Pekində Rusiya və Çin liderlərinin təkbətək görüşü olub.

Məlumata görə, tərəflər ən xırda məsələləri belə detallı müzakirə ediblər.

Xatırladaq ki, bu gün Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu başlayıb. Foruma 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə qatılıb.

Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə