Xəstəxanaya hücumu İsrail etməyib

Xəstəxanaya hücumu İsrail etməyib

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza zolağında yerləşən Əl-Əhli xəstəxanasına hücum barədə danışıb. SİA xəbər verir ki, o, hücumun İsrail ordusu tərəfindən həyata keçirilmədiyi versiyasını dəstəkləyib.

“Gördüklərimə əsasən, belə görünür ki, bunu (Qəzza zolağındakı xəstəxananın atəşə tutulmasını – red.) siz yox, qarşı tərəf həyata keçirib”, - Bayden İsrailin baş nazirinə deyib. ABŞ prezidenti əlavə edib ki, xəstəxanada partlayışın nədən qaynaqlandığını çox adam bilmir.

O, ABŞ-ın bu ölkəyə dəstəyini dünyaya göstərmək üçün İsrailə gəldiyini deyib.

Fələstin hücuma görə İsraili günahlandırır. İsrail isə ittihamları rədd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə