HƏMAS yaraqlıları silahlarını yerə qoyandan və girovları azad edəndən sonra Yaxın Şərqdə döyüş fəaliyyətləri bitəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.
“Əgər HƏMAS sabah silahlarını yerə qoysa, bütün girovları qaytarsa və təslim olsa, bu müharibə bitə bilər. Niyə HƏMAS-ı buna çağırmırsınız? Niyə bu qətnamənin bir hissəsi olmadı?” - deyə o bildirib.
Erdan Təhlükəsizlik Şurasını qruplaşmanı terror təşkilatı elan etməyə və İsrailin özünümüdafiə haqqını təkcə sözlə dəstəkləməməyə çağırıb. Erdanın sözlərinə görə, HƏMAS-ın məqsədi İsraili məhv etməkdir. O əlavə edib ki, ölkənin təhlükəsizliyi üçün İsrail HƏMAS-ı məhv etməlidir.
“Xərçəngin müalicəsi üçün tək bir həll yolu var. Bu o deməkdir ki, bütün xərçəng hüceyrələri məhv edilməlidir”, - deyə diplomat bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB