ABŞ İsrailə beş hərbi yardım təyyarəsi göndərib

ABŞ İsrailə beş hərbi yardım təyyarəsi göndərib

ABŞ İsrailə beş C-17 hərbi yardım təyyarəsi göndərib. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bildirib.

“Bu günə qədər İsrailə müxtəlif hərbi təhlükəsizlik yardımlarını uğurla çatdıran beş C-17 döyüş təyyarəsi göndərilib”, - o vurğulayıb.

Sinq əlavə edib ki, reyslər oktyabrın 12-dən 16-dək həyata keçirilib. O, belə çatdırılmaların davam etdiriləcəyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə