Almaniya kansleri İsraildə qorxulu anlar yaşadı

Almaniya kansleri İsraildə qorxulu anlar yaşadı

Almaniya kansleri Olaf Şolts İsrailə rəsmi səfəri zamanı qorxulu anlar yaşayıb. SİA xəbər verir ki, bu barədə Gazeta.ru nəşri məlumat yayıb.

Belə ki, hava hücumu sirenlərindən sonra Tel-Əvivdən Qahirəyə uçmağa hazırlaşan kansler nümayəndə heyəti ilə birlikdə təyyarəni təcili tərk etmək məcburiyyətində qalıb.

Bildirilib ki, Şolts avtomobillə binaya aparılıb, yerdə qalan sərnişinlərdən isə aerodromda yerə uzanmaq istənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə