Ağ Ev Ukraynaya ATACMS raketlərinin verildiyini təsdiqləyib

Ağ Ev Ukraynaya ATACMS raketlərinin verildiyini təsdiqləyib

Oktyabrın 17-də Ağ Ev 165 km mənzilli ATACMS raketlərinin Ukraynaya ötürülməsini təsdiqləyib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Vatsonun bəyanatında deyilir.

“Bu yaxınlarda ABŞ Ukraynanı uçuş məsafəsi 165 km-ə qədər olan ATACMS ilə təmin etdi. İnanırıq ki, bu, döyüş hazırlığımızı riskə atmadan Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə artıracaq”, - bəyanatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə