Latviya hakimiyyəti Rusiya Silahlı Qüvvələrini resurslarla təmin etməkdə şübhəli bilinən Riqadan olan şirkətlə bağlı araşdırmaya başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin saytında məlumat verilib.
Qeyd edək ki, artıq oktyabrın 13 və 14-də Latviyanın Riqa və digər şəhərlərində şirkətə bağlı müəssisələrdə əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Verilən məlumatlara görə, Latviya hüdudlarından kənarda silahlı münaqişədə iştirak edən tərəfə əmlakın dolayı yolla verilməsi ilə bağlı cinayət işi açılıb.
Onu da qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti hansı şirkətdən danışdığımız barədə məlumat vermir.
Yeri gəlmişkən xatırladım ki, ötən il noyabrın 5-də Latviya, Litva, Estoniya Baltik Assambleyasının ölkələri kimi Ukraynaya dəstək haqqında qətnamə qəbul ediblər. Sənəddə Rusiyanın Avropadan təcrid olunmasının zəruriliyi müzakirə olunub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB